Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin ödənişsiz psixoloji yardım alması təklif edilir

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin ödənişsiz psixoloji yardım alması təklif edilir

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər ödənişsiz psixoloji yardım alacaqlar.

APA-nın məlumatına görə, bununla bağlı “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanun layihəsinin 7-ci maddəsinin (Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları) 7.0.4-cü bəndinə edilən dəyişikliklə, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin “Psixoloji yardım haqqında” qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin Səhiyyə komitəsinin sabah – sentyabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mənbə: apa.az