Sabunçu rayonundakı “Fazenda” sakinlərinin marşrut problemi...

Sabunçu rayonundakı “Fazenda” sakinlərinin marşrut problemi...

Sabunçu rayonu, Balaxanı qəsəbəsinin “Fazenda” adlanan yaşayış massivinin sakinləri ictimai nəqliyyat sarıdan əziyyət çəkirlər.

Bu barədə qəzetimizə şikayət edən “Fazenda” sakinlərinin dediyinə görə, ərazidə xeyli sayda əhalinin yaşamasına baxmayaraq, ora avtobus işləmir. Balaxanı qəsəbəsinə işləyən 105 saylı marşrut “Fazenda”dan aralı keçir. Nəticədə yaşayış massivi sakinləri sözügedən ictimai nəqliyyatdan istifadə etməkdən ötrü bir neçə kilometr yolu piyada qət etməli olurlar. Sakinlərin istəyi odur ki, yaşayış massivinə yeni marşrut xətti çəkilsin.

Vidadi

Mənbə: www.baki-xeber.com