BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib

BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti tərəfindən təşkil olunan qurultay bu ali təhsil ocağının 100 illik yubileyinə həsr edilib.

Universitetin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.

Rektor “Qlobal inteqrasiya və rəqabətin gücləndiyi şəraitdə ali məktəblərdə sosial-əmək münasibətləri” mövzusunda keçirilən qurultaya 8 ölkədən 50 nəfərə yaxın nümayəndə heyətinin, o cümlədən Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxıstan və digər ölkələrin aparıcı universitetlərinin həmkarlar təşkilatlarının rəhbərlərinin qatıldığını bildirib.

Assosiasiyanın prezidenti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri, rektorun müşaviri İqor Borisoviç Kotlobovski və digər çıxışçılar qurultayın Azərbaycanın ilk və ən böyük universitetinə həsr olunmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Assosiasiyanın fəaliyyəti ilə bağlı təqdimat dinlənilib.

Qurultayın təşkilat qrupunun rəhbəri, Assosiasiyanın vitse-prezidenti, Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev qurultayın universitetimizin və ölkəmizin beynəlxalq nüfuzuna verəcəyi töhfələrdən danışıb.

Mənbə: azertag.az