Məleykə Abbaszadə: Bu il 11-ci sinfin imtahan nəticələri yüksək olub

Məleykə Abbaszadə: Bu il 11-ci sinfin imtahan nəticələri yüksək olub

Bu il 11-ci sinfin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

"Bu artım Riyaziyyat fənnində də var. 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.

Mənbə: apa.az