Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən “Məntiq-2019” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışının yekun nəticələrinə əsasən, Masallı şəhər 5 nömrəli tam orta məktəbin yeniyetmələrdən ibarət “Viləş” komandası birinci, “Hişkədərə” komandası ikinci, Banbaşı kənd tam orta məktəbin “Vendetta” komandası üçüncü yerə layiq görülüb.
Masallı şəhər 2 nömrəli tam orta məktəbin yeniyetmələrdən ibarət “Qarabağ” komandası xüsusi fəallığına görə diplomla mükafatlandırılıb.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.
Mənbə: azertag.az