Sabah Sus kəndinə növbəti köç olacaq

Sabah Sus kəndinə növbəti köç olacaq

Sabah Laçın rayonunun Sus kəndinə növbəti köç baş tutacaq.

Daha 39 ailədən ibarət 140 nəfər doğma yurda qayıdacaq.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.

Mənbə: bizim.media