Oğlu əfv olunan ana: "Televiziyadan eşitdim, hələ də şokdayam" - FOTO/VİDEO

Oğlu əfv olunan ana: "Televiziyadan eşitdim, hələ də şokdayam" -

"Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam".

Bu sözləri oğlu əfv olunan Lətafət Ataşova bildirib.

Lətafət Ataşova məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezidentimizə çox təşəkkür edirəm ki, biz analara bu böyük sevinci yaşatdı. Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu.

Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azaslığa çıxsın".

Xalidə Gəray
Fotolar və video müəllifindir

Mənbə: musavat.com