“Batya Vasmoyski” Bakıda marşrut avtobusu sürür - VİDEO

“Batya Vasmoyski” Bakıda marşrut avtobusu sürür -

Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

“Batya Vasmoyski” ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. “Çinar Trans” MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski” kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib:

“Biz həmin vaxt Bəxtiyar Alməmmədovu narkoloji dispanserə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin sonrakı taleyi və davranışlarını sonradan izləyə bilmirik”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 40 saylı marşrut xətti “Çinar Trans” MMC-nin istismarındadır və onlar sürücüyə görə cavabdehdir.

Şirkətdən isə gün ərzində mövzu ilə bağlı açıqlama veriləcəyi bildirildi.

Mənbə: konkret.az