Şəhid Cavanşir Rüstəmovun 60 illik yubileyi qeyd olundu (Fotolar)

Şəhid Cavanşir Rüstəmovun 60 illik yubileyi qeyd olundu (Fotolar)

Bu gün Qubadlı rayonu, Xanlıq kəndində dünyaya gələn, elə doğma kəndində gedən döyüşlərdə şəhid olan Cavanşir Rüstəmovun 60 illik yubileyidir.

Unikal.org xəbər verir ki, bu münasibətlə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xanlıq kənd orta məktəbində qəhrəmanın 60 illik yubiley tədbiri təşkil olunub.

Məlumat üçün bildirək ki, Cavanşir Rüstəmov 1959-cu ilin sentyabrında Qubadlı rayonu, Xanlıq Kəndində anadan olub. Erməni qəsbkarları işğalçılıq siyasətinə başladığı gündən C.Rüstəmov Qubadlı rayon icra hakimiyyətinin məhsul işçisi olsa da, könüllü olaraq Milli Ordu sıralarına yazılır və döyüşlərə atılır. Cavanşir Rüstəmov Qubadlı rayonu ərazisində gedən əksər döyüş əməliyyatlarında iştirak edib. Nəhayət, son döyüşü Qubadlının işğalından bir gün öncə - 93-cü ilin 30 avqust tarixində Xanlıq kəndində olur. Həmin döyüşdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalır.Şəhidin 60 illik yubiley tədbirində qəhrəmanın yaxınları, rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak ediblər. Tədbir zamanı Cavanşir Rüstəmovun döyüş yolundan, göstərdiyi şücayətdən danışılıb.

Çıxış edən Laçın polkunun komandiri Arif Paşayev, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, şəhidin qardaşı, Qubadlı rayon Xanlıq kənd icra nümayəndəsi Valeh Rüstəmov, Qubadlı 2-ci batalyonun komandir müavini Asif Şükürov, Şuşa özünü müdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov şəhidin qəhrəmanlıqlarından danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mənbə: www.unikal.org