Pakistanın “Kim Kardaşyanı”nı qardaşı ağzını-burnunu tikib öldürdü...

Pakistanın “Kim Kardaşyanı”nı qardaşı ağzını-burnunu tikib öldürdü...

Bacısı, "Pakistanın Kim Kardaşyanı" ləqəbini almış model Fauziya Azimini(təxəllüsü Kandil Baloç) məftunedici, qlamur yarıçılpaq görüntülərini yayımladığı üçün vəhşicəsinə öldürməsi Pakistan sakininə ömürlük həbs cəzası ilə başa gəlib.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, bu günlərdə bitən məhkəmə üç il davam edib. İstintaqa qatilin özü, Məhəmməd Vasim və iki qardaşı da daxil olmaqla cəmi 7 nəfər cəlb edilib. Ancaq yalnız Vasim günahkar bilinib, qalanları məhkəmədə sərbəst buraxılıb.

İstintaqa görə, Vasim 2016-cı ildə şəxsi nifrət zəminində öz həyat tərzi ilə ailənin nüfuzuna xələl gətirdiyinə görə bacısını amansızlıqla öldürüb. Cana doymuş kişi əxlaqsız qızın burnunu və ağzını tikib. Nəticədə “müsəlman” “Kardaşyan” asfiksiyadan –kəskin tənəffüs çatışmazlığından ölüb. Adam ertəsi gün tutulub. Dindirilmədə Məhəmməd Vasim etdiyi əməldən peşman olmadığını söyləyib.

Öldürülən modelin atası isə etiraf edib ki, Fauziya “İnstaqram”dakı qazancı sayəsində ailəsinə maddi kömək edib. Guya qardaşı Vasimin özü də həvəslə onun əxlaqsız görüntüləri və s. hesabına qazandığı pulun bir hissəsini götürüb.

Rezonanslı qətl Pkaistanda "namus qətlləri” üçün cəzanı ömürlük həbs cəzasına qədər sərtləşdirən qanunun qəbul edilməsinə səbəb olub. "Namus qətlləri" tərəfdarları bu hadisəni dini baxımdan əsaslandırmağa çalışsalar da, əslində bu, yalnız milli ənənələrin bir hissəsidir və bu cür hərəkətləri linç, yəni özbaşına mühakimə edib cəza vermə hesab edən İslam şəriət baxımından da qəbuledilməzdir.

Doğrudur, İslam qanunlarına görə, namus cinayətini, zinakarlığı öz gözləri ilə görən dörd şahid olduqda insanı mühakimə etmək və ona hökm çıxarmaq tələb olunur. Amma burada şahid müsəlman(!) ölkəsi sakinin əxlaqsız foto və video-paylaşımlarını görən bütün dünya əhlidir...

P.S...

Sultan Laçın

Mənbə: moderator.az