Çimərliklərdə təhlükə: Qadağan olunan yerlərdə... - VİDEO

Çimərliklərdə təhlükə: Qadağan olunan yerlərdə... -

Çimərlik mövsümü hələ açıq elan olunmayıb, amma insanlar dənizə axışırlar.

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, son günlər müşahidə edilən isti hava çimərliklərə üz tutanların sayının artmasına səbəb olub.

Havalar isinsə də, suyun hələ də soyuq olduğunu deyənlər də var.

Ötən günlərdə keçirilən monitorinqlər nəticəsində bəzi çimərliklərdə bakterioloji çirklənmə olduğu aşkarlanıb. Amma hələ də istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı bu ərazilərə yollananlar var.

Qeyd edək ki, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir.

Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin isə müvəqqəti olaraq tövsiyə edilmədiyi barədə qərar qəbul olunub.

Mənbə: azxeber.com