Azərbaycanın “ASAN xidmət” modelinə Birləşmiş Ərəb Əmirliklərində böyük maraq var

Azərbaycanın “ASAN xidmət” modelinə Birləşmiş Ərəb Əmirliklərində böyük maraq var

2022-ci ildə Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında saziş imzalanıb. Bu sazişdə əsas məqsəd “ASAN xidmət” modelinin Birləşmiş Ərəb Əmirliyində öyrənmək, eyni zamanda, bu ölkənin nümunəvi modellərinin Azərbaycanda tətbiqidir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

“Birləşmiş Ərəb Əmirliklərində “ASAN xidmət”ə böyük maraq var və “ASAN”nın ayrı-ayrı komponentlərinin bu ölkədə tətbiqi üçün əməkdaşlığımız davam edir”, - deyə, Ü.Mehdiyev vurğulayıb.

Mənbə: azertag.az