Etibar Pirverdiyev 93 minlik saatdan danışdı

Etibar Pirverdiyev 93 minlik saatdan danışdı

“Porsche” markalı avtomobilimdən guya “Rolex” markalı saatın oğurlanması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bunu “Azərenerji” ASC-nin eks-prezidenti Etibar Pirverdiyev Haqqın.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu cinayət işi, məhkəmə prosesi barədə heç nə eşitməyib, söhbət başqa şəxsə qarşı cinayətdən gedir.

E.Pirverdiyev “Mercedes-Benz Viano” markalı avtomobilinin olduğunu vurğulayıb.

“Saatlara gəlincə, hamı məni yaxşı tanıyır. Mən Rolex saatı və Apple Watch taxa bilmərəm”, - deyə E.Pirverdiyev bildirib.

Mənbə: bizim.media