Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazaxın Cəfərli kəndində mərminin tapılması barədə məlumat daxil olub.
Atv.az xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 45 millimetrlik iki top mərmisi aşkarlanıb. Mərmi götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
ATV.az
Mənbə: www.atv.az