320 kq çəkisi olan gənc: "Ölənədək yeyəcəyəm!" - FOTO

320 kq çəkisi olan gənc: "Ölənədək yeyəcəyəm!" - FOTO

34 yaşlı amerikalı Keysi Kinq Corciada atasıyla yaşayır. O, çoxdandır işləmir və demək olar ki, hərəkətsiz həyat tərzi sürür: 320 kiloqramdan çox olan çəkisi aktiv həyat yaşamasına mane olur.

BiG.AZ-ın bigpicture.ru-ya istinadən verdiyi xəbərə görə, bununla yanaşı, Keysi daim "fastfood"dan istifadə edir və bütün gününü videooyunlarla keçirir.

"Özünü bu hala necə sala bilmisən?" sualına "Daily Mail"-ə verdiyi müsahibəsi zamanı cavab verən Keysi Kinq uşaqlıqdan "toppuş" olduğunu deyib.

Məzun vaxtı 130 kilo çəkisi olub. Məktəbdən sonra bir neçə restoranda işləməyə başlayıb. İş başında çox yeməyi piylənməyə meylli olan oğlanın çəkisini daha da artıraraq 220-yə çatdırıb. Vəzifəsini güclə yerinə yetirdiyini gördükdə Keysi işdən çıxmaq qərarına gəlib.

Anası işləmədiyi üçün onu evdən qovduqda, oğlan atası Denninin evinə getməli olub və indiyədək orada yaşayır.

Bu evə köçəndən daha çox yeməyə başlayan Keysi özü də düşdüyü vəziyyətə inana bilmir.

Atası onun əhval-ruhiyyəsini qaldırmaq üçün hər axşam "fastfood", pizza, yapon yeməkləri və digər qeyri-sağlam qidalarla oğluna "toy-bayram" etməyə bşlayıb.

Lakin övladının artıq güclə gəzdiyini görən atanın "bayram"ı tez bir zamanda "yas"a çevrilməyə başlayıb.

Bir gün oğlan hamam otağında ilişib 9 saat atasını gözləməli olduqdan sonra naçar valideyn 320 kiloqramlıq oğluna çimmək üçün böyük dəmir çən alıb.

Lakin bu da Keysinin şəxsi gigiyena ilə bağlı problemlərini tam həll etməyib. Çimmək prosesi onun üçün böyük dərdə çevrilib.

"Ayağımın arxasına çatmaq üçün donuz kimi yerdə sürünməli oluram. Normal çimmək üçün gərək sallanan dərinin hər qatını ayrılıqda qaldıram, bu isə çox zəhmət tələb edir", - deyə oğlan etiraf edib.

Keysi və atası çox yaxın olsalar da, Denni oğluna qulluq etməyin onun üçün çox çətin olduğunu deyib:

"Mən qocalıram və çox yoruluram. Keysi bir az aktiv olsaydı, yaxşı olardı, lakin o, tənbəllik edir. Amma heç nəyə baxmayaraq, mən öz oğlumu çox sevirəm və ona qulluq etməyi özümə borc bilirəm".

Keysi hətta ayaq yoluna da özü gedə bilmədiyini təəssüflə etiraf edib.

Geyimdə isti olduğu üçün bütün günü çılpaq keçirməyi üstün bilir.

Vaxtının çox hissəsini yataqda keçirir. Günortaya yaxın yuxudan oyanan oğlan ilk olaraq yeməyə bir şey axtarır. daha sonra isə videooyunlarla gününə "rəng qatır".

"Mən sadəcə olaraq ölənədək yeyəcəm. Mənim adi günüm belə keçir: saat 12-də oyanmaq, nəsə atışdırmaq, sonra isə televizor, oyunlar və yataq. Çox da aktiv deyiləm",- deyə oğlan boynuna alıb.

O, yalnız virtual aləmdə özünü istədiyi kimi hiss edir:

"Burada məni kimsə görmür və mən istədiyim Keysi ola bilirəm"

Natəvan Baxşiyeva

Mənbə: big.az