Səhiyyə agentlikləri: Pnevmoniya hər 39 saniyədə bir uşağın ölümünə səbəb olur

Səhiyyə agentlikləri: Pnevmoniya hər 39 saniyədə bir uşağın ölümünə səbəb olur

Qlobal səhiyyə agentliklərinin bildirdiyinə görə, keçən il pnevmoniya səbəbindən 800 mindən çox körpə və ya uşaq ölüb. Bu isə müalicə edilməsi və ya qarşısının alına bilməsinə baxmayaraq, hər 39 saniyədə bir uşaq ölümü deməkdir.

Hesabatda BMT-nin Uşaq Fondu UNİCEF, “Save The Children” beynəlxalq xeyriyyə təşkilatı və digər dörd səhiyyə agentliyi hökumətləri “unudulmuş edidemiya” adlandırdıqları xəstəliyin qarşısının alınması üçün peyvəndlərə, səhiyyə xidmətlərinə və dərmanlara sərmayəni artırmağa çağırıb.

“Qarşısı alına, müalicə oluna bilən və diaqnozu asanlıqla qoyula bilən bu xəstəliyin dünya boyu ən çox uşaq oldürən xəstəlik olması dəhşətdir” - deyə, GAVI alyansının icraedici direktoru Set Berkli bildirib.

Ağ ciyər xəstəliyi olan pnevmoniyaya səbəb bakteriya, virus və ya göbələk səbəb ola bilər. Pnevmoniya xəstələrinin ağ ciyərləri maye ilə dolduğu üçün onlar nəfəs almaqda çətinlik çəkir.

Bu xəstəliyi peyvənd və ya antibiotiklərlə müalicə etmək mümkündür. Ağır vəziyyətdə olan xəstəyə isə oksigen verilir, lakin yoxsul ölkələrdə bütün bu imkanlar məhduddur.

Nigeriya, Hindistan, Pakistan, Konqo Demokratik Respublikası və Efiopiyada keçən il pnevmoniyadan ölən bütün uşaqların yarısından çoxunun öldüyü ölkələrdir. Bu uşaqların çoxunun yaşı ikiyə çatmayıb.

Hesabatda bildirilir ki, dünya boyu 5 yaşdan aşağı uşaqlar arasında ölüm hallarının 15 faizinə pnevmoniya səbəb olur. Lakin dünya boyu malyariya kimi digər yoluxucu xəstəliklərlə müqayisədə pnevmoniya üçün ayrılan vəsait yalnız 3 faiz təşkil edir.

Mənbə: www.amerikaninsesi.org