Nazir açıqladı: Yüksək nəticə göstərən müəllimlər...

Nazir açıqladı: Yüksək nəticə göstərən müəllimlər...

Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yüksək nəticə göstərənlərin daha çox dərs demələrinə çalışılacaq:

"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq".

Mənbə: axar.az