Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib

Tehran, 9 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İrana səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dəjpəsənd ilə görüşüb. Sahil Babayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan, o cümlədən əməkhaqqı və müavinətlərin hər il artırılmasından və bunun nəticəsində ölkəmizdə əhalinin rifahının gündən-günə yaxşılaşmasından danışıb.

Tərəflər iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az