Alp dağlarında “QRU casuslarının bazası” aşkarlandı

Alp dağlarında “QRU casuslarının bazası” aşkarlandı

Qərb xüsusi xidmət orqanları Fransa Alplarındakı kiçik şəhərlərdən baza kimi istifadə edən ən azı 15 “Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) casusu”nun siyahısını hazırlayıb.

“Le Monde” xəbər verir ki, siyahı 2014-2018-ci illərdə tərtib olunub.

“Rus casusları”nı Fransa, Britaniya, İsveçrə xüsusi xidmət orqanları və onların amerikalı partnyorları üzə çıxarıb. Onların hər birinin QRU əməkdaşı olduğu qeyd olunur. Siyahıda Londonun Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bildiyi Ruslan Boşirov, Aleksandr Petrov, Sergey Fedotov və Sergey Pavlovun da adları var.

Digər ifşa edilmiş casusların isə bu şəxslər olduğu bildirilir: Aleksandr Kulaqin, Yevgeni Larin, Timur Nurizov, Namaz Yusupov, Gennadi Şvets, Vladimir Popov, Eduard Şirokov, Nikolay Konixin, İvan Lebedev, Danil Stepanov və Georgi Qorşkov.

Mənbə: www.oxu.az