Polislərin tapdığı tələbə ilə bağlı SON XƏBƏR

Polislərin tapdığı tələbə ilə bağlı SON XƏBƏR

Təhsil haqqını ödəyə bilmədiyi üçün evdən qaçan, daha sonra hüquq-mühazifə orqanları tərəfindən tapılan tələbə Əsədulla Cəfərov artıq dərslərinə davam edir.

Bu barədə Lent.az -a Ə.Cəfərovun atası Əfqan Cəfərov məlumat verib. O bildirib ki, artıq bütün problemlər həll edilib:

“Oğlum artıq universitetə gedir, dərslərində iştirak edir. Ödənişlə bağlı bizə köməyi isə iş xanımı Ruhi Əliyeva göstərdi. Belə ki, övladımın növbəti üç illik təhsil haqqını Ruhi xanım ödəyəcək”.

Qeyd edək ki, 18 yaşlı tələbə Ə.Cəfərov Azərbaycan Dillər Universitetinin ispan-filologiyası ixtisası fakültəsinin II kurs tələbəsidir.

Xatırladaq ki, tələbə sentyabr ayının 19-da itkin düşmüş, oktyabr ayının 3-də isə tapılmışdı.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli isə saytımıza bildirmişdi ki, Ə.Cəfərov yeni dərs ilindən etibarən heç bir dərsdə iştirak etməyib.

Mənbə: lent.az