Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir? - AÇIQLAMA

Kredit portfellərinin restrukturizasiya həcmi nə qədərdir? - AÇIQLAMA

"Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır və bu istiqamətdə müvafiq iş aparılır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə assosiasiya sədri Cəlal Əliyev deyib.

Onun sözlərinə görə, hazırda assosiasiya 3,1 milyon manat həcmində kredit portfelinin restrukturizasiyasını nəzərdə tutur:

"Biz artıq 1,4 milyon manata yaxın məbləği restrukturizasiya etmişik, bu isə təkrar maliyyələşdirməli olduğumuz bütün kreditlərin təxminən 45 faizidir".

Assosiasiya sədri bildirib ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşməsini təmin etmək nəzərdə tutulur.

Milli.Az

Mənbə: news.milli.az