AzMİU-da Memarlar Günü münasibətilə kitab sərgisi təşkil olunub

AzMİU-da Memarlar Günü münasibətilə kitab sərgisi təşkil olunub

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlar Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında rektor Gülçöhrə Məmmədova, ali məktəbin professor-müəllim heyəti iştirak edib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgiyə tələbələr də böyük maraq göstərib, onlar nümayiş etdirilən nadir kitablarla tanış olublar.

Qeyd edək ki, Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis olunub. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi bütün dünyada Memarlar Günü kimi qeyd olunur. Dünyanın 116 ölkəsində 1 milyondan çox memar, Azərbaycanda isə 5 mindən artıq mütəxəssis memarlıq fəaliyyəti ilə məşğuldur və bu günü peşə bayramı kimi qeyd edir.

Mənbə: azertag.az