BNA rəsmisi Aybəniz Haşımovanın yalanını ÜZƏ ÇIXARDI

BNA-nın mətbuat katibi Mais Ağayev İTV-də yayımlanan " 3D" verilişinin qonağı olub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, M. Ağayev bəzi problemlərə aydınlıq gətirib, həmçinin əməkdar artist Aybəniz Haşımovanın BNA haqqında yazdığı statusa cavab verib:

"Əməkdar artist Aybəniz Haşımova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdı, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir ".

Bundan başqa o, sənət adamlarının sadə insanlara nümunə olması məsələsinə də toxunub.

"Əslində, sənət adamları adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil."

Qeyd edək ki, bir müddət öncə əməkdar artist BNA haqqında tənqidi status paylaşmışdı.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Düşməni lərzəyə salan yeni silahlarımız - Onlar hansılardır?

SONRAKI XƏBƏR

ERMƏNİLƏR MÜBARİZƏ APARMAQDAN YORULUBLAR