İlham Əliyev: "Heç kimə sirr deyil ki, Putinlə dost münasibətlərimiz var"

İlham Əliyev: "Heç kimə sirr deyil ki, Putinlə dost münasibətlərimiz var"

İlham Əliyev: "Heç kimə sirr deyil ki, Putinlə dost münasibətlərimiz var" "Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan, mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur".

Faktaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Ölkə başçısı qeyd edib: "Əlbəttə, "Valday” forumuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Forum özü də əhəmiyyətlidir, kimin dəvət etməsi də mühümdür. Vladimir Vladimiroviç məni hələ apreldə, bizim Pekində görüşümüz vaxtı dəvət etmişdi. Onda biz çox konstruktiv danışıqlar apardıq və indi Soçidə biz bir növ bu danışıqlarımıza yekun vururduq. Nə barədə razılaşırıqsa, hamısı yerinə yetirilir. Əlbəttə, Prezidentlə görüş çox məzmunlu, səmimi keçdi. Mən buna çox şadam".

Mənbə: faktaz.com