Ali Attestasiya Komissiyasının müəmmalı susqunluğu - İTTİHAM

Ali Attestasiya Komissiyasının müəmmalı susqunluğu - İTTİHAM

Alim tanıyıram qoca Qafqazın,

Çeşmə tək durulub dibindən çıxır.

Alim var sağ əli Salman Mümtazın,

Sol əli Hümmətin cibindən çıxır.

Unudulmaz şairimiz Hüseyin Arifin bu misralarını təsadüfən xatırlamadıq. Çünki hələ də sıralarımızda məhşur filmdə olduğu kimi limonla çayı calaq edə bilməsə də özünü elm aləminə calaq etməyi bacaran “görkəmli alim”lər az deyil. “Yazdığı” elmi işdən xəbəri olmayan, plagiat yolla köçürülmə “əsərlərə” rəy yazdıran,müdafiə edən belə alimlər hətta yüksək vəzifələrə qədər yüksələ bilirlər. Yoldaş Stalin demişkən, seçkilərin necə keçirilməsi əhəmiyyətsizdir,əsas səslərin necə sayılmasıdır!

C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın “yazdığı” elmi işi də elə yuxarıda dediyimiz yollarla ərsəyə gəlib. Rubrika.az saytının dəfələrlə vurğuladığı kimi G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika,qanın lipid spektri,insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya i izmeneniya qemodinamiki,qemoreoloqii u jenşin postmenopauze,perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür. Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Tibb aləmində “limandra” yetişdirməyi bacaran O.Şirəliyev beləcə öz qohumunu tibb elminə də calaq edə bilib.

Rubrika.az saytı bildirir ki, G.Dadaşovanın təkcə elm aləmində deyil, vəzifə pillələrində də sürətli yüksəlişində O.Şirəliyevin danılmaz köməklikləri olub. Təbii ki, cənab Şirəliyev heç də Gülnaz xanımın dahiyanə əsərinin cazibəsinə düşərək bu addımı atmayıb. Burada rəngləri tündləşdirən başqa bir ilginc səbəb də vardır. Belə ki, O.Şirəliyev “Sobsan” boya şirkətinin sahibi Cavid bəylə qohum olduqdan sonra onun əmisi qızı G.Dadaşovanın da tibb aləmində yolları ağ rəngə boyanıb. Şirəliyevlə şəriklikdən, qohumluqdan, “qudalıqdan” yararlanan Dadaşova bu təyinatın ona yaratdığı prestijdən gen-bol yararlanmaqdadır. Nazirinin qohumbazlığından ilhamlanan G.Dadaşova rəhbərlik etdiyi institutda da eyni siyasəti yürüdür. İllərlə burada çalışan adlı-sanlı həkimlər müxtəlif yollarla işdən uzaqlaşdırılır, əvəzinə "şəxsi maraqlardan" ibarət komanda toplanılır. Kardiologiya institutunda korrupsiya və rüşvətin son həddə çatması iddia olunur. Rubrika.az saytına daxil olan məlumatlara görə, G.Dadaşovanın Səhiyyə Nazirliyində yüksək səviyyədə himayə olunmasında kadrlar şöbəsinin rəhbəri Səidə xanımın danılmaz xidmətləri var. Belə ki, Səidə xanım nazirin bu təhlükəli şərikindən ehtiyat edərək “görkəmli alim”in bütün qanunsuz əməllərinə qanuni don geyindirmək sahəsində çaba sərf edir.

Rubrika.az saytı G.Dadaşovanın plagiat elmi işi barəsində Ali Attestasiya Komissiyasına dəfələrlə müraciət ünvanlayıb. Müraciətimizə verilən ən son cavabda komissiya G.Dadaşovanın plagiat əsərində istifadə etdiyi köçürmələri onlara təqdim etməmizi istəyir. Görünür Komissiyanın üzvləri bundan sonra elmi işlərin müdafiəsi zamanı da araşdırmaları bizə həvalə etmək fikrindədir. Biz faktları təqdim etmişik, aylardır AAK bunları araşdırmaq əvəzinə yenə də bizi dağa-daşa salmaqla məşğuldur. Görünür əsl həqiqətin üzə çıxması kimlərisə bərk narahat edir. O səbəbdən də hər vəchlə işi ört-basdır etməyə çalışırlar.

Rubrika.az saytı ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse prezident Mehriban xanıma müraciət edərək Azərbaycan elmi üçün üz qarası hesab ediləcək bu hadisəyə hüquqi qiymətin verilməsinə yardımçı olmağı xahiş edir. Plagiat yollarla alim adı alan, daha sonra şərikbazlıq yolu ilə yüksək vəzifəyə təyinat alaraq kütləvi narazılıqlar formalaşdıran G.Dadaşovanın və ona himayədarlıq edənlərin əməlləri faş olmayınca hələ çox sular bulanacaq. Özü də “Sobsan” boyaları ilə...

Ard var...

PS. 1. Növbəti yazılarımızda şərikbazlıqdan yaranan C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə 5 nömrəli Şəhər Xəstəxanasını bağlayan tellər.

2. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "inkişafında" türk iş adamnn rolu.

Rubrika.az

Mənbə: www.regionxeberleri.com