Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq, öldürüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb.

Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar.

Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb.

Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib. Prokurorluqdan bildirilib ki, həmin şəxs 23 yaşlı Azərbaycan vətəndaşıdır.

Həmçinin qeyd edilib ki, o, cəsədi yandırmaq üçün mənzilə benzin də gətirib, ancaq istəyini reallaşdıra bilməyib.

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

Hadisəni törədən azərbaycanlını 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə: www.oxu.az