Kürdəmir rayonunda yerli sakin həmkəndlisi tərəfindən döyülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Orxan İkram oğlu Hacıyev həmkəndlisi ilə aralarında mübahisə zəminində döyülərək xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az