Norveçli gənc əjdahaya bənzər balıq tutdu- FOTO

Norveçli gənc əjdahaya bənzər balıq tutdu- FOTO

Norveçdə yaşayan 19 yaşlı Oskar Lundahl adlı bir balıqçı tilovuna düşən balığı görəndə qorxusundan az qala suya yıxılacaqmış. Sonxeber.az-ın məlumatına əsasən, iri gözü olan balıq əslində dərin sularda yaşayır və çox nadir hallarda ovlanır.
Ehtimal edilir ki, bu balıq növü köpək balıqları sinfinə məxsusdur və dəniz qabıqları ilə qidalanır. İnsanlara qarşı ziyansızdır. İri gözləri isə qaranlıq sularda yaxşı görə bilmək üçün inkişaf edib.
Balıq ovçusu məsələ ilə bağlı bunları deyib:
"Tilov silkələndi, böyük balıq tutduğumu düşündüm. Tilovu çəkmək 30 dəqiqə davam etdi, çünki 800 metr dərinlikdə idi. Balığı görəndə şoka düşdüm, dinozavra bənzəyirdi. Qorxudan az qala suya düşəcəkdim".

 

 

 

 

 

 

Mənbə: sonxeber.az