Bakı sakininin zirzəmisindən narkotik vasitə götürülüb

Bakı sakinindən narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Allahverdiyevin Nərimanov rayonu ərazisindəki evinin zirzəmisindən 105 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“BMW” ilə vurulan qadın öldü

SONRAKI XƏBƏR

Təhsil naziri: “Məktəblərdəki sıxlıq məsələsinin həlli üçün müvafiq addımlar atılacaq”