Adam böyüklüyündə tısbağa 99 yaşında - VİDEO

Adam böyüklüyündə tısbağa 99 yaşında - VİDEO

Bu tısbağa görənləri heyrətə salır.

Femida.az DHA-ya istinadən xəbər verir ki, Türkiyənin ən böyük tısbağasının 99 yaşı var. Kocaelinin Darıca kəndində zooparkda saxlanılan "Tuki" adlı tısbağa bölgədə xeyli məşhurluq qazanıb. Alimlərin sözlərinə görə, bu heyvanlara yaxşı baxdıqda 250 il yaşaya bilər.Nəhəng tısbağa hazırda 450 kilodur. Onun boyu 1,5 metrdir.Sözügedən tısbağa futbol oyunlarında da top seçimində iştirak edib. Bununla da dünya mediasının da diqqətini cəlb edib.
Sözügedən nəhəng tısbağanın video görüntüsünü təqdim edirik:

 

Mənbə: femida.az