Bakıda MDB ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək

Bakıda MDB ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək

Oktyabr ayının 14-də Müstəqil Dövlətlər Birliyi ölkələrinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərətçi Şurasının iclası keçiriləcək.

APA-nın verdiyi xəbərə görə, Şuranın üzvləri iclasda 21 məsələni müzakirə edəcək. Müzakirə olunacaq məsələlərə MDB ölkələri arasında sosial və əmək sferasında əməkdaşlıq, bu sahədə mövcud vəziyyət və görülən tədbirlər daxildir.

Bakıda keçiriləcək iclasda Azərbaycan tərəfinin iştirakçılara ölkədə fəaliyyət göstərən tibbi-sosial ekspertiza üzrə elektron prosedurlarla bağlı proqramı təqdim edəcəyi gözlənilir

Mənbə: apa.az