İlahiyyat İnstitutu ilk dəfə XIII Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

İlahiyyat İnstitutu ilk dəfə XIII Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 10-12 oktyabr 2019-cu il tarixdə Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir. "OLAYLAR" xəbər verir ki, sərgidə Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. F.Yusifova qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Həmçinin tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini nəzərə çatdırıb.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisində Aİİ nümayəndələri ziyarətçilərəali təhsil müsəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verirlər. Eyni zamanda, ziyarətçilər İnstitutun fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərlə;"Din araşdırmaları" jurnalı, "İlahiyyatçı" qəzeti, "İlahiyyat" jurnalı, konfrans materialları və "İlahiyyat nəşrləri" adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları ilə tanış olmaq imkanına sahibdirlər.

Azərbaycan İlahiyyat İnstitutununXIII Beynəlxalq Təhsil Sərgisində iştirakının məqsədi yerli və xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklər öyrənmək, mədəni əlaqələr qurmaqdır.

Mənbə: olaylar.az