Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma prosesi yenidən təxirə salındı

Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma prosesi yenidən təxirə salındı

AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı və həyat yoldaşı Zümrüd Qəhrəmanlının boşanması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Femida.az xəbər verir ki, iddiaya Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədov tərəfindən baxılıb.

Zümrüd Qəhrəmanlını vəkil Zibeydə Sadıqova təmsil edib. Fuad Qəhrəmanlı və vəkili isə bu dəfə də iclasa gəlməyib.

Hakim bildirib ki, Fuad və Zümrüd Yağmurun yetkinlik yaşına çatmamış övladı 15 yaşlı Sənay İbrahimli məhkəməyə gətirilməli və hansı valideyninin yanında qalmaq istədiyini bildirməlidir. Z.Qəhrəmanlının vəkili Zibeydə Sadıqova uşağın məktəbdə olduğunu və gələ bilmədiyini qeyd edib.

Hakim prosesi təxirə salıb. Növbəti iclas 17 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb.

Xatırladaq ki, sözügedən işlə bağlı sentyabrın 26-da keçirilmiş hazırlıq iclası F.Qəhrəmanlı və vəkili iclasa gəlmədiyi üçün təxirə salınmışdı.

Femida.az

Mənbə: femida.az