Türkiyəli bacı-qardaşdan "Evdə qalın" MESAJI

Türkiyəli bacı-qardaşdan "Evdə qalın" MESAJI

Türkiyənin Malatya şəhərində yaşayan bacı-qardaş 200 metr uzaqlıqda yaşayan nənə və babası ilə telefonla görüntülü danışaraq büten ölkəyə "Evdə qalın" mesajını verdilər.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Vuhan əyalətində ortaya çıxan və bütün dünyaya yayılan koronavirusla bağlı Türkiyədə operativ tədbirlər davam edir. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə uyan Ömər və Eslem adlı bacı-qardaş nənə-babası telefonla görüntülü danışaraq onları təhlükəli virusdan qorumağa çalışırlar: "Heç bir şey sizin sağlamlığınızdan önəmli deyil. Təhlükəli virus keçənə kimi evdən çıxmayın".

Mənbə: sonxeber.az