Azərbaycanda kimlərə pulsuz maska verildiyi açıqlanıb

Azərbaycanda kimlərə pulsuz maska verildiyi açıqlanıb

Vacib olan sahələrdəki şəxslərə - həkimlərə, xəstələrə, polisə, gömrük orqanları əməkdaşlarına pulsuz maska paylanır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bazarda maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar ala bilməsin: "Sadəcə, qıtlıq var idi, bu qıtlıq da aradan qaldırılır. Əgər ehtiyac yaranarsa, dövlətin bütün ehtiyatları var. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür".

Mənbə: apa.az