İranda koronavirusdan sağalmış xəstələrin sayı 35 465 nəfərə çatıb

İranda koronavirusdan sağalmış xəstələrin sayı 35 465 nəfərə çatıb

İranda koronavirusa yoluxan 68,192 xəstədən 35,465-i sağalıb...

İnterAz İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur deyib.

İran rəsmisi bu gün keçirilən videokonfransda bildirib ki, ölkədə son sutka ərzində daha 1,972 nəfər Covid-19 virusuna yoluxub və bu rəqəm ümumilikdə 68,192-ə çatıb.

Onun sözlərinə görə yoluxanlardan 35,465-i sağalıb.

K. Cahanpur bildirib ki, son sutka ərzində Covid-19 virusundan daha 122 nəfər ölüb və bu rəqəm ümumilikdə 4,232-ə çatıb.

Qeyd edək ki, İran sabahdan ölkədə koronavirusa görə aparılan sosial izolizasiya və təcrid işlərinə nəzarəti həm də elektron formada həyata keçirməyə başlayacaq.

Mənbə: www.interaztv.com