Ərindən ayrı yaşayan Güneldən AYRILIQ MESAJI - Məni itirdin, axtarma daha - FOTO

Ərindən ayrı yaşayan Güneldən AYRILIQ MESAJI - Məni itirdin, axtarma daha - FOTO

Müğənni Günel Məhərrəmova bir neçə ildir ayrı yaşadığı həyat yoldaşından boşanması ilə bağlı iddiaları artıracaq açıqlama verib.

Milli.Az xəbər verir ki, gənc ifaçı ayrılıq mesajı "göndərib".

Günel sosial şəbəkə hesabından etdiyi paylaşımda bunları yazıb:

"Sənə doğru gələn yolları bağladı. Artıq nə sən, nə də mən aşa bilmərik bu yolları. Hər şey bitdi deyərkən yenidən baş qaldıran hisslər var, bax o hissləri belə öldürdüm içimdə. Nə sən, nə mən qiymətini bilmədik zamanımızın. Bəlkə də bir gün peşiman olacaqsan, bəlkə də peşimansan, bilmirəm. Amma bildiyim bir tək şey məni itirdin! Qarşıma keçib peşimanam demək çox asan. Düşünmə ki, inanaram sözlərinə. Qəlbimi elə qırdın ki, çətin bir də düzələ. Axtarma daha, məndən tapmayacaqsan. Mən sənin həyatında tək və yeganə qadın oldum. Sən məni heç vaxt unutmayacaqsan".

Qeyd edək ki, ifaçı bu etirafı "ünvansız, içimdən gəldi" heşteqi ilə paylaşsa da hər kəsə məlumdur ki, Günel son müsahibələrinin birində Kiyevdə biznesi olan ərindən ayrılmaq istədiyini qeyd etmişdi. Cütlüyün bir oğlu var.

Məhəmməd Vaqif
Milli.Az

 

Mənbə: news.milli.az