Həmsədrlərlə görüşdə nələr qabardılıb? - İcma sədrindən açıqlama

Həmsədrlərlə görüşdə nələr qabardılıb? - İcma sədrindən açıqlama

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bağlı baş tutan görüşün təfərrüatlarını açıqlayıb.

Atv.az xəbər verir ki, Tural Gəncəliyev Azərbaycan tərəfinin tələblərini vasitəçilərə çatdırdığını qeyd edib.

Tural Gəncəliyev- Qarabağın azərbaycanlı icmasının sədri: “Biz qeyd etdik ki, dəfələrlə erməni icmasına görüş üçün müraciət etmişik. Həmsədrlər də bu mesajı dəfələrlə onlara çatdırıb, amma erməni icması hələ də görüşə haradasa reaksiya verməyib. Biz həmsədrlərə həmçinin işğal altında olan dağıdılmış mədəni tarixi irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulsun. Son günlər Şuşada yerləşən Gövağa məscidinin dırnaqrası təmir işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim etirazımıza səbəb olub. Biz Minsk qrupuna çatdırdıq ki, bu Azərbaycan tarixinin saxtalaşdırılmasıdır”.

ATV.az

Mənbə: www.atv.az