Bayılda “Xanlar parkı“ yenilənir (VİDEO)

Bayılda “Xanlar parkı“ yenilənir (VİDEO)

On beş min nəfər əhalinin yaşadığı Bayıl yaşayış massivində bir neçə park yenilənib, həyətlər abadlaşdırılıb.

"Xanlar Parkı" da əhalinin daha çox gəldiyi məkanlardan biridir. Yenilənən parkın ərazisi 125 min kv.m təşkil edir.

Parkda aparılan yenidənqurma işləri çərçivəsində park ərazisində fəaliyyət göstərən iaşə obyektləri sökülərək yerində uşaqlar üçün meydança salınıb.

Lakin Sosial şəbəkələrdə həqiqəti əks etdirməyən videolar yayılıb və böyük narazılığa səbəb olub.

Məsələyə Səbail RİH başçısının müavini Vüqar Şıxəmmədov aydınlıq gətirdi.

Parklar hər şeydən əvvəl insanların istirahətinə xidmət etməlidir. Bunu heç bir halda ayrı-ayrı fərdlərin biznes maraqlarına qurban vermək olmaz.

Mənbə: www.realtv.az