Kafe və restoranlarda bu hal qadağandır! - RƏSMİ

Kafe və restoranlarda bu hal  qadağandır! - RƏSMİ

Bakı. İlhamə İsabalayeva – Trend:

Kafe və restoranlarda açıq bufetdən istifadə etmək qəti qadağan edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, avtobuslarda sərnişinlər tibbi maskalardan mütləq istifadə etməli və oturacaqlar arasında məsafə saxlamalıdırlar. Açıq havada növbə gözləyərəkən məsafə saxlanılmalıdır.

Mənbə: az.trend.az