Koronavirusun müalicəsi zamanı əsas məsləhətlər

Koronavirusun müalicəsi zamanı əsas məsləhətlər

Rusiya Elmlər Akademiyasının professoru Kirill Zıkov koronavirusun müalicəsi zamanı əsas məsləhətləri verib.

Cebhe.info xəbər verir ki, o, bu barədə "Parlamentskaya qazeta"-ya müsahibə verib.

Alimin sözlərinə görə, koronavirusa yoluxarkən özünümüalicə etmək olmaz və həkim məsləhəti olmadan dərman preparatları qəbul etmək qadağandır.

Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsində "ibuprofen" həblərinin təhlükəli olduğu barədə xəbərdarlıq edib və bu həblərin "parasetamol" həbləri ilə əvəz olunmasını məsləhət görüb.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info