Qeyri-leqal miqrantların ümidsiz hərəkətləri

Qeyri-leqal miqrantların ümidsiz hərəkətləri

Macarıstanın hüquq-mühafizə orqanları ölkənin cənubunda Moraxalom sərhəd maneəsinin altında tunel aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, hərbçilər bu gecə Çonqrad-Çanad dairəsində sərhəd boyunca “intensiv hərəkət” müşahidə ediblər. Sərhəd maneələrinin altından keçən 24 metr uzunluğunda tunel onları Serbiya ərazisinə gətirib çıxarıb.

Ehtimal edilir ki, bu tunel vasitəsilə hələlik heç kim Macarıstana keçməyə macal tapmayıb. Serbiyanın hakimiyyət orqanları ilə birgə araşdırmadan sonra tunel torpaqla doldurulacaq.

Macarıstan-Serbiya sərhədində daha əvvəl iki oxşar tunel aşkar edilib.

Mənbə: azertag.az