Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər.
Saç tökülməsinin səbəbləri, saça mənfi təsir edən məsələlər barədə bir neçə müddət əvvəl həkim-trixoloq Gültəkin Abdullayeva mətbuata açıqlama vermişdi.
Həkimin açıqlamasına görə, 35 yaşdan sonra saçların bölünmə, artma keyiyyəti azalmağa doğru gedir. Lakin androgenetik tökülmə var ki, bu da özünü 15-16 yaşında cinsi hormonlar ifraz olunmağa başlayan zaman göstərə bilər. Ona görə də tökülmə ilə əlaqədar konkret bir yaş demək olmur. Lakin saçı gur və heç bir problemi olmayan insanda belə 35 yaşdan sonra saç tökülməyə və daha gec uzanmağa başlayır. Saçın tökülməsi genetik cəhətdən də ola bilər. Əgər ananın saçı hər hansı səsəblə tökülübsə, bu, gələcəkdə uşaqda və ya qadının nəvəsində özünü göstərə bilər. Ümumiyyətlə, genetika elə bir anlayışdır ki, onun övladda, yoxsa nəvə-nəticələrdə, hansı nəsildə özünü göstərəcəyi bəlli deyil. Genetik səbəbdən dolayı saçın gələcəkdə tökülüb tökülməyəcəyini uşağın 15-16 yaşı olanda bilmək olur.
Gün ərzində saçları mütləq bir dəfə daramaq lazımdır. Bəzi hallarda saçı tökülən insanlar daraq istifadəsindən daha çox tökülmə olar deyə çəkinirlər. Lakin bir saç tökülməyə başlayıbsa, artıq daraqdan imtina etməklə onun qarşısını almaq olmur. Daraqdan istifadə saç üçün xeyirlidir. Qan dövranı yaxşılaşdırır, başın dərisi masaj olunur. Lakin xeyirdir deyə gün ərzində bir neçə dəfə daramaq şərt deyil. Xanımlara onu məsləhət görərdim ki, saçlarını hörsünlər. Xüsusilə yatarkən saçları hörmək onların zədə almasının qarşısını alır. - deyə həkim-trixoloq Gültəkin Abdullayeva bildirib.

Press.az olaraq qeyd etmək istərdik ki, insanlar saçların yağlanmasının və sürətli tökülmənin qarşısını almaq üçün saç şampunlarınada diqqət etməlidir. Hazırda satış yerlərində saçlar üçün müəyyən keyfiyyətli şampunların rəqabəti davam etməkdədir. Şampunlar arasında əsasən sarımsaq tərkibli "Otaci" şirkətinin saç şampunu diqqətimizi cəlb etdi. Göstəricilərə əsasən bu şampunun tərkibindəki sarımsaq qoxusu tamamən aradan qaldırılmışdır. Saç dərisini və saç uzanmalarına yaxşı təsir göstərməklə yanaşı, saçların tökülməsinində qarşısını almaq üçün əla vasitə hesab etmək olar. Lakin bu şampunları marketlərdən deyil, apteklərdən əldə etmək mümkündür.

Xülasə. Sonda həkim-trixoloq Gültəkin Abdullayevanın daha bir açıqlamasını sizlərə təqdim edirik: "Bəzən saç genetik səbəbdən tökülür, amma insanlar bunu başqa hadisələrlə əlaqələndirməyə başlayırlar. İlk növbədə saç tökülməsi problemi olan adam həkimə müraciət etməlidir. Elələri də olur ki, həkimə müraciət etmədən əvvəl mezoterepiya edən mütəxəssisə üz tuturlar. Həmin mütəxəssis bəzi hallarda kömək edə bilsə də, əksər hallarda müalicənin təsiri olmur, əksinə vaxt uzanır. Mezoterapistdən də lazımi köməyi ala bilməyəndə həkimə müraciət edirlər. Bu yanaşma düzgün deyil. İlk olaraq trixoloji diaqnostikadan keçmək lazımdır. Çünki bəzən olur ki, insanlar külli miqdarda pul töküb müxtəlif klinikalarda analizlər verirlər. Halbuki həmin analizlər səbəbin aydınlaşdırılması üçün önəmli olmur. Trixonoloji diaqnostika isə pasientə hansı analizlərin verilməsinin lazım olduğunu göstərir. Əgər analiz verilən nahiyələrdə problem olarsa, o istiqamətdə müalicə aparılır və saç tökülməsinin qarşısını almaq mümkün olur."
Press.az : Tərlan Əhmədov
Mənbə: press.az