Azərbaycanda narkotik leqallaşdırılmalıdırmı? - AÇIQLAMA/ŞƏRH

Azərbaycanda narkotik leqallaşdırılmalıdırmı? - AÇIQLAMA/ŞƏRH

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri-Lalən deyib ki, gec-tez Azərbaycanda yüngül narkotikvasitələrindən istifadə leqallaşdırılacaq.

Onun sözlərinə görə, bir çox ölkələrdə yüngül narkotikvasitələinrdən istifadə leqallaşdırılıb, bəzilərində isə bu məsələ müzakirə edilir.

"Bu gün Niderlandda çoxlu sayda narkotikistifadəçisi var. Amma onların çoxu narkotikdən istifadə etmək üçün Niderlandabaşqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tuturvə yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.

Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeydə alınıb”, - deyə Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri-Lalən bildirib.

Millət vəkili Aydın Mirzəzadəisə bu qanun dəyişikliyin əleyhinədir.

Onun fikrincə, Azərbaycanda narkotikistifadəsi idarəolunmaz vəziyyətdə deyil və dövlət ciddi addımlar atır.

"Bilirsiniz, mən belə bir qanunun əleyhinəyəm. Bu qanun o ölkələrdə qəbulolunur ki, narkotikdən istifadə geniş hal alır, getdikcə də genişlənir. Ancaq Azərbaycanda bu belə deyil, dövlət ciddi addımlar atır. Bəli, zaman-zaman İrandan Azərbaycanakülli miqdarda narkotikin keçirilməsi cəhdini görürük və ya elə Azərbaycanınözündə narkotik plantasiyaları aşkar edilir. Ancaq onu da görürük ki, dövlət bunlara lazımıncareaksiya verib, qarşısınıalır”, - deyə millət vəkili bildirib.

Mənbə: anews.az