Estoniya köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək

Estoniya köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək

Tallinn, 22 oktyabr, AZƏRTAC

Estoniya hökuməti köhnə avtomobillərə xüsusi vergi tətbiq etməyəcək.

AZƏRTAC xəbər verir ki, sözügedən məsələ ölkə parlamentinin gündəmində belə yoxdur.

Eston siyasətçiləri və iqtisadçıları hesab edirlər ki, ölkəyə köhnə və ya ekoloji tələblərə cavab verməyən dizellə çalışan avtomobillərin gətirilməsinə vergi qoymaq çıxış yolu deyil. Onun əvəzində ölkədəki sözügedən bazara nəzarəti möhkəmlətmək və əhali arasında ictimai nəqliyyatdan istifadə ilə bağlı təbliğatı gücləndirmək lazımdır.

Hazırda Estoniyada 750 min yaşı 16 ildən çox olan nəqliyyat vasitəsi var. Müqayisə üçün deyək ki, bu rəqəm İsveç, Finlandiya, Almaniya və Böyük Britaniyada 8-10 ilə bərabərdir. Qonşu Latviya və Litvada isə 16 ildən yüksəkdir.

Köhnə dizel avtomobilləri ekoloji tələblərə cavab vermədiyindən inkişaf etmiş Avropa ölkələrində tədavüldən sürətlə yığışdırılır və onlar kütləvi surətdə Şərqi Avropaya gətirilib satılır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

Mənbə: azertag.az