Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə...

Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə...

ABŞ-ın İlinoys ştatında yaşayan Maritza Yelizaveta körpəsinin yataq otağına qoyduğu kamera görüntülərini izləyərkən dəhşət yaşayıb. Gördüyü mənzərə qarşısında çox qorxan və sürətlə oğlunun otağına qaçan ana həqiqəti sosial mediada bölüşdükdə gündəmə çevrilib.

Moderator.az xəbər verir ki, həyat yoldaşının yatağın örtüyünü dəyişdirdikdən sonra yeni örtük sərməyi unutduğunu deyən Yelizaveta yaşadığı hadisəni sosial mediada bölüşüb.

Oğluna nəzarət etmək üçün kameraya baxdığı zaman gördüyü mənzərəni ifadə etməkdə çətinlik çəkdiyini bildirən Elizabet o anda çox qorxduğunu və nə edəcəyini bilmədiyini söyləyib. Başına gələn hadisəni sosial mediada bölüşən ana 300 mindən çox "layk" və 400 mindən çox şərh alıb.

Monitordan çəkilən fotoşəkillər ananın yaşadığı qorxunun yersiz olmadığını aydın şəkildə göstərir. Ancaq reallıqda olan şey yatağın etiketində yer alan körpə şəkilindən başqa bir şey deyil.

Kamran

Mənbə: moderator.az