Son günlər sosial şəbəkələrdə yayılan səs yazısı böyük marağa səbəb olub.
Qazet.az xəbər verir ki, 57 dəfə 102-yə müxtəlif şikayətlər verən vətəndaşı bu dəfə 102 qaynar xəttinin özü şikayət edib. Vətəndaşın polislə dialoqundan aydın olur ki, polislə danışan şəxs jurnalistdir.
Məsələ ilə bağlı Qazet.az-ın suallarını cavablandıran Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, belə proses normaldır. Vətəndaş polisi boş-boş nüanslarla məşğul edirsə, bu zaman həmin şəxs barəsində iş açıla bilər.
“Təbiidir. O məsələ ilə bağlı araşdırma aparılır. Vətəndaşların müraciətləri ilə bağlı qarşı tərəf dinlənilir və müraciətlərin mahiyyəti öyrənilir. Tam qanuna uyğundur”, – deyə Elşad Hacıyev qeyd edib.
Həmin səs yazısını təqdim edirik.
Mənbə: qazet.az