Dünən “VƏTƏN-N” Mühafizə Xidmətinin Bakı şəhər İdarəsinin açılışı olub.
PostNews.Az-ın məlumatına görə, koronavirusa görə tətbiq edilən karantin rejimi nəzərə alınaraq və karantin qaydalarına uyğun olaraq, idarənin açılışı baş tutub.
“VƏTƏN-N” Mühafizə Xidmətinin Baş İdarəsinin rəisi Etibar Qasımovun göstərişi ilə təsis olunan VMX-nin Bakı şəhər İdarəsinin rəisi Zülfüqar Məmmədov təyin olunub.
İdarəyə gələn E.Qasımov kollektiv qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb və bildirib ki, hazırkı vəziyyətdə dövlətimizə dəstək olmaq və dövlət siyasətinə uyğun çalışmaq idarənin qarşısına qoyduğu əsas məsələdir.
Daha sonra Z.Məmmədov çıxış edərək, idarənin yaradılmasına görə Etibar Qasımova təşəkkürnü bildirib və bu idarənin fəaliyyətinin əsasən gənclər üçün sevindirici hal olduğunu deyib:
“Fəaliyyətimiz yeni iş yerlərinin olması və peşəkar mühafizə kadrlarının hazırlanması deməkdir ki, bu da daha çox gənclərin marağına səbəb olacaq.”
Sonda E.Qasımov VMX-nin BŞİ-nin xatirə dəftərinə ürək sözlərini yazıb.
FUAD MƏDƏTOV
Mənbə: big.az