Bu günlərdə ata olacaqdı... - Foto

Bu günlərdə ata olacaqdı... - Foto

Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.“Qafqazinfo” xəbər verir ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir.

Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb

Mənbə: qafqazinfo.az