Problemlərin həlli artıq iqtisadiyyatda deyil, siyasətdədir, idarəetmə sistemindədir, təbii inhisarların dərdi formasında deyil də, məzmunundadır.
Teref.az yazır ki, iqqtisadçı ekspert Natiq Cəfərli məqaləsini belə başlayır. Natiq Cəfərli sonra yazır:
Xarici investora “lox” kimi baxmaqla sərmayə cəlb etmək mümkün deyil, investorlar üçün bir neçə vacib məsələ var: 1) Ölkənin ÜTT-yə üzv olması, 2) Məmləkətin Avropa Birliyi ilə saziş bağlaması, 3) Ədalətli və azad məhkəmə sistemi, 4) Öz çərçivəsindən çıxmayan hüquq-mühafizə orqanları və tez-tez dəyişməyən vergi və gömrük qaydaları, 5) İnvestora yönəlik təşviq addımlar.
Bunun üçün isə siyasi islahatlar lazımdır, iqtisadiyyata atılan hər hansı bir addım bərbad idarəetmə sisteminə dəyərək çilik-çilik olacaq, idarəetmənin baxışı, fəlsəfəsi dəyişməsə iqtisadi tədbirlərin effekti olmayacaq.
Vəssalam – bu da hökumət üçün qısa fəaliyyət proqramı, hadi görelim sizi...
Natiq Cəfərli
Teref.az
Mənbə: teref.az